"Barselona"nın vingeri Ansu Fati hazırkı durumundan danışıb.
Offsideplus.az xəbər verir ki, bu barədə o, klubun mətbuat xidmətinə açıqlama verib:
“İndi mən fiziki olaraq 100% hiss edirəm. Çox çalışıram, çünki hiss edirəm ki, hər zaman təkmilləşmək üçün yer var. İdman zalında çox saatlar keçirirəm. Ansunun zədəli olduğuna inananlar var, amma mən iki ildir zədə almıram. Kiçik zədəm var idi, amma insanlar elə bilirlər ki, məndə hələ də zədə var. Keçən il bütün mövsüm oynadım və heç bir oyunu qaçırmadım”.
Qeyd edək ki, futbolçu 2023/24 mövsümünü icarə əsasında "Brayton"da keçirib.