“İnter Mayami”nin və Argentina millisinin argentinalı hücumçusu Lionel Messi “Barselona”nın 16 yaşlı istedadı Lamin Yamalın çıxışlarını şərh edib.

Offsideplus.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində "Xavi Era" paylaşım edib:

"İnsanlar Lamini yalnız bir neçə ay əvvəl tanımağa başladılar, amma mən onu 6 ildir ki, La Masiada "Madrid"ə qarşı oynayanda və 3 qol vurandan tanıyıram. Onun bu qolları necə dəqiq vurduğu məni də heyrətləndirir”.

Yamal kataloniyalıların yetirməsidir və 2023-cü ilin yayında "Blauqrana"nın əsas komandasına qoşulub. Bu mövsüm 16 yaşlı futbolçu "mavi-qranatlar"ın heyətində bütün yarışlarda 34 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.