"Barselona" klubunun Robert Levandosvki ilə müqaviləsində maraqlı bənd var.
Offsideplus.az xəbər verir ki, bu şərtə əsasən Kataloniya təmsilçisi polşalı hücumçunu azad agent kimi komandadan getməsinə icazə verə bilər. Şərtdə deyilir:
"Robert bir oyunda start vermirsə, 45 dəqiqədən çox iştirak etmirsə və cari mövsüm 55% oyunlara çıxmayıbsa, klub futbolçu ilə milyonlar dəyərində olan müqaviləni ləğv edə bilər".
Bu barədə "Sport" nəşri xəbər yayıb.
Qeyd edək ki, Robert 2022-ci ildə "Barselona" ilə 4 illik müqavilə bağlamışdı.