"Real" klubunun yarımmüdafiəçisi Luka Modriç zədələnib.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı futbolçu İspaniya Primerasının son turunun “Kadis”lə oyununda xəsarət alıb. O, bu səbəbdən Çempionlar Liqasının “Napoli” ilə sabah baş tutacaq görüşdə iştirak edə bilməyəcək.

“Real” - “Napoli” matçı sabah Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.