“Barselona” klubunun yarımmüdafiəçisi Qavi bu gün diz çarpaz bağlarından əməliyyat edilib.

Offsideplus.az xəbər verir ki, İspaniya millisinin heyətində zədələnən futbolçunun əməliyyatı uğurlu keçib.

O, mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. Təxminən 8 ay komandasına kömək edə bilməyəcək futbolçunun yeni mövsümün əvvəlində sıraya dönəcəyi gözlənilir.

19 yaşlı oyunçu AÇ-2024-ün seçmə mərhələsində Gürcüstan yığmasına qarşı matçda zədələnmişdi.