İspaniya La Liqasının prezidenti Xavyer Tebas vəzifəsindən istefa verib.

Offsideplus.az İspaniya mediasına istinadla xəbər verir ki, o, seçkilərdə yenidən prezident seçilmək üçün bu addımı atıb. Tebasın istefası ilə 2024-cü ildə keçirilməsi gözlənilən prezident seçkilərinin bu il təşkil olunacağı gözlənilir.

2013-cü ildən İspaniya La Liqasının prezidenti olan Xavyerin 4-cü dəfə yeganə namizəd kimi prezident seçiləcəyi iddia edilir.