İspaniyanın “Betis" klubunun yarımmüdafiəçisi İsko komandası ilə müqaviləsini uzatmağa yaxındır.

Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçu ilə yeni müqavilə 2026-cı ilin yayına kimi qüvvədə olacaq.

31 yaşlı yarımmüdafiəçi bu mövsüm 17 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.