Madrid "Real"ı yay transfer pəncərəsində PSJ-nin hücumçusu Kilian Mbappeni almayacaq.

Offsideplus.az SER-ə istinadla xəbər verir ki, "kral klubu"nun rəhbərliyi fransalı forvardan imtina edib. Hətta 25 yaşlı hücumçu Paris təmsilçisindən azad agent kimi ayrılsa belə, "Real" onu almayacaq.

Klub Mbappenin ciddi maliyyə yükü olaraq qiymətləndirir. "Real" daha gənc futbolçular transfer etmək niyyətindədir.