Madrid "Real"ı UEFA Çempionlar Liqasında “Braqa” ilə matçdan əvvəl Arda Gülerlə bağlı sosial şəbəkə hesabından paylaşım edib.

Offsideplus.az xəbər verir ki, bu paylaşımdan sonra “Real” azarkeşləri çağırışlar ediblər. "Kral klubu"nun fanatları bildiriblər ki, “Rayo Valekano” matçında yüngül zədələnən Cud Bellingem “Braqa” ilə oyunda istirahət etsin. Onun əvəzinə isə Arda Gülər meydana çıxsın. “Real Madrid” ingilis yarımmüdafiəçinin sol çiynində zədə olduğunu açıqlayıb.

Qeyd edək ki, Arda Gülər ilk dəfə “Real"ın “Rayo Valekano” ilə oyununda ehtiyat oyunçular skamyasında yer alsa da, meydana çıxmayıb. Oyun 0-0 hesabı ilə başa çatıb.