"Barselona" klubunun prezidenti Xuan Laporta bildirib ki, yenilənmiş "Kamp Nou"nun açılışında Lionel Messi də iştirak edəcək.
Offsideplus.az xəbər verir ki, funksioner, argentinalı hücumçunun kataloniyalı azarkeşlərin yanında olacağını bildirib. "Messi yoldaşlıq və ya açılış matçı üçün "Barselona"ya qayıdacaq", - Laporta bildirib.
Onun fikirlərini təqdim edirik:
“Messinin yenilənmiş “Kamp Nou”nun açılışında iştirak etməsi həqiqətən əla olardı. Stadionumuz 2024-cü ilin noyabrında açılacaq və bu tarixdə ola bilər. 2026-cı ilin iyun ayı stadionumuzun tamamlanacağı tarixdir və bu, Messinin qayıtması üçün ideal vaxt kimi görünür”.