"Barselona" "Mançester Yunayted"in futbolçusu Ceydon Sançonu istəyir.

Offsideplus.az xəbər verir ki, kataloniyalılar onu 2024-cü ildə heyətinə qatmağı planlaşdırır.

Amma “Barsa” rəhbərliyi ingilis üçün qış fasiləsində təklif göndərməyəcək. Bu keçid yayda baş tuta bilər. Sanço maaşının azaldılmasına razılaşarsa, İspaniya nəhəngi yayda onu icarəyə götürmək üçün cəhd edəcək.

23 yaşlı futbolçu 2021-ci ildə "Borussiya"dan "Mançester Yunayted"də keçib. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.