İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "The Sun"a istinadla xəbər verir ki, Turin təmsilçisi "Mançester Yunayted"in sol cinah vingeri Ceydon Sanço üçün hərəkətə keçib.

Məlumata görə, "qoca sinyora" 23 yaşlı futbolçu üçün 60 milyon avro təklif edir.

Qeyd edək ki, Sançonun MY ilə 2026-cı ilədək müqaviləsi var.