Madrid "Real"ının mərkəz yarımmüdafiəçisi Luka Modriç karyerasını okeanın o tayında davam etdirə bilər.
Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 38 yaşlı xorvatiyalı ulduz ABŞ-nin "İnter Mayami" klubuna keçər.
Məlumata görə, tərəflər arasında danışıqlar aparılır.
Qeyd edək ki, Devid Bekhemin sahibi olduğu klubda argentinalı superulduz Lionel Messi də top qovur.