Madrid "Real"ının hücumemeyilli yarımmüdafiəçisi Arda Gülərlə bağlı yeni xəbər yayılıb.

 Offsideplus.az Türkiyə mediasına istinadla xəbər verir ki, zədə səbəbilə uzun müddət yaşıl meydanlardan kənarda qalan 18 yaşlı futbolçu "Fənərbağça"da çıxış edə bilər.

Belə ki, o, icarə əsasında yenidən "sarı-lacivərtli" formanı geyinə bilər. Bununla yanaşı, "kral klubu" Ardanı digər La Liqa klublarına da icarəyə verə bilər.

Qeyd edək ki, adıçəkilən oyunçu bu ilin 6 iyulunda İspaniya təmsilçisinə transfer olunmuşdu.