"Barselona" hücumçusu Ansu Fatini icarəyə göndərir.
Offsideplus.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. Kataloniya təmsilçisi ispan forvardı "Brayton" klubuna bir illik icarəyə verəcək. Tərəflər arasında razılıq əldə olunub.
Müqavilədə birbaşa satın alma şərti yoxdur, məvacibin əsas hissəsi İngiltərə klubu tərəfindən qarşılanacaq.
Qeyd edək ki, gənc oyunçunun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. Fatinin sərbəstqalma məbləği 1 milyard avrodur.