"Barselona"nın 16 yaşlı gənc ulduzu Lamin Yamal "Villareal" matçında göstərdiyi performansla həm məşqçisi Xavi, həm də rəqib komandanın azarkeşləri tərəfindən alqışlarla qarşılanıb.
Offsideplus.az La Liqanın üçüncü həftəsində "Vilyarreal" "Barselona" ilə üz-üzə gəlib. Kataloniya komandası 7 qolla 4-3 hesabı ilə qalib gəlib.
Qarşılaşmaya start 11-də başlayan Lamine Yamal çıxışı ilə tamaşaçıları məftun edib. Öz komandasının azarkeşləri tərəfindən tərif yağdırılan gənc futbolçu 76-cı dəqiqədə oyunu tərk edərkən "Villareal" azarkeşlərinin də alqışlarına tuş gəlib.
12-ci dəqiqədə Qavinin qoluna assistentlik edən Yamal, Levandovskinin qolundan əvvəl etdiyi zərbə ilə diqqətləri üzərinə çəkdi.