İspaniyanın "Barselona" klubu futbolçusuna yeni müqavilə təklif edəcək.

 Offsideplus.az xəbər verir ki, söhbət Kataloniya təmsilçisinin qapıçısı Mark-Andre ter Ştegendən gedir.

Bu barədə məlumatı insayder Fabrisio Romano yayıb.

Xəbərə görə, "Barselona" 31 yaşlı almaniyalı qolkiperlə daha bir neçə illik müqavilə bağlayacaq.