"Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Bild" nəşrinə istinadla xəbər verir ki, Kataloniya təmsilçisi, Münhen "Bavariya"sının sağ cinah vingeri Leroy Saneni sıralarına qatmaq niyyətindədir.

Məlumata görə, "Barselona" almaniyalı futbolçunu 2024-cü ildə transfer etmək fikrindədir. 

Qeyd edək ki, Sanenin "Bavariya" ilə 2025-ci ilədək müqaviləsi var.