"Real Madrid" klubu yeni qapıçı axtarışlarına davam edir.
Offsideplus.az xəbər verir ki, "Kral klubu"nun transfer siyahısında əsas namizəd "Sevilya"nın qolkiperi Yassin Bunudur. Bu barədə "Marca" nəşri məlumat yayıb. Əndəlüs təmsilçisi Mərakeş millisinin 32 yaşlı qapıçısı üçün "Real"dan 20 milyon avro istəyir.
Namizədlərdən biri isə "Çelsi"dən Kepa Arrisabalaqadır. David De Xeanın adı Madrid təmsilçisi ilə hallansa da, baş məşqçi Karlo Ançelotti qəti şəkildə ispaniyalını istəmədiyini rəhbərliyə bildirib.
Qeyd edək ki, Tibo Kurtua dünən məşqdə zədələnib və cari mövsümün böyük bir hissəsini buraxacaq.