Bu gün "Real Madrid" azarkeşlərini üzəcək iki xəbər gündəm olub. 

Offsideplus.az xəbər verir ki, "Real"ın qapıçısı Tibo Kurtua sıradan çıxıb. İlkin müayinədən sonra ona sol dizinin ön çarpaz bağının qopması diaqnozu qoyulub. Tibo mövsümün böyük bir hissəsini buraxacaq. Belçikalı qolkiper məşqi göz yaşları içində tərk edib. 

Daha bir bəd xəbər isə Fransadan gəlib. "Le Parisien" nəşrinin yaydığı məlumata görə, Kilian Mbappe cari mövsüm PSJ-də qalacaq. Hücumçu satılmayacaq.

Qeyd edək ki, "Real Madrid" La Liqada mövsümdə ilk oyununu avqustun 12-də "Atletik"ə qarşı keçirəcək.