“Betis” klubunun yarımmüdafiəçisi Vilyam Karvalyo “Sevilya” ilə yoldaşlıq görüşündə (1:0) zədələnib.
Offsideplus.az xəbər verir ki, nəticədə, o, avqustun 11-də start götürəcək La Liqanın 1-ci turunda “Betis”ə kömək edə bilməyəcək.
Komandanın “sükanı arxasında” olan Manuel Pelleqrini Karvalyonun zədələnməsindən sonra onu əvəzləmək üçün alternativ variantlar axtarır. Oyunçunun müalicəsi 3 həftəyə qədər uzana bilər.