Neymar agentləri tərəfindən "Barselona"ya təklif olunub.  

Offsideplus.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Braziliyalı ulduz hər il olduğu kimi yenə də Kataloniya təmsilçisinə təklif edilib. Lakin "Barselona" hücumçunun xidmətində maraqlı deyil. Klub və baş məşqçi Xavi Neymarın keçmiş formasından uzaq qaldığını düşünür. 

"Barselona" Bernardo Silva, Vitor Roke, Joau Feliks kimi futbolçuların mümkün transferinə daha çox üstünlük verir. 

Hər iki klub rəhbərliyinə yaxın jurnalist Mabhut Al-Marri isə Neymarın bu yay İspaniya nəhənginə dönəcəyini bildirib. 

Qeyd edək ki, 31 yaşlı braziliyalı 2017-ci ildə "Barselona"dan PSJ-yə transfer olunub.