Xəbər verdiyimiz kimi "Barselona"nın "Mançsester Siti"dən ayrılan İlkay Gündoğan transferini bu gün açıqlaması gözlənilirdi.
Offsideplus.az Kataloniya təmsilçisinin saytına istinadən xəbər verir ki, türk əsilli alman futbolçunun keçidi rəsmən elan olunub. Tərəflər 2+1 illik müqavilə imzalayıb. 32 yaşlı yarımmüdafiəçinin sərbəst qalma məbləği isə 400 milyon avro olaraq təyin edilib.
Qeyd edək ki, İlkay 2016-cı ildən çıxış etdiyi "şəhərlilər"in heyətində başa çatan mövsümdə bütün yarışlarda 51 oyuna çıxıb, 11 qol vurub və 6 assist edib.
Fəqan İbrahimli