"Barselona" bu gün İlkay Gündoğanın transferini açıqlamağa hazırlaşır.
Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, klub bu gün "Mançester Siti"nin kapitanının transferi ilə bağlı açıqlama vermək niyyətindədir.
"Şəhərlilər" İlkayı razı salmağa çalışdığı üçün "Barselona"nın idman direktoru Mateu Alemani ötən çərşənbə günü futbolçu ilə müqavilə imzalamaq üçün Münhenə uçub.
Bildirilir ki, türk əsilli almaniyalı futbolçu ilə 2+1 illik sözləşmə imzalanıb. Uzatma variantının aktivləşdirilməsi Gündoğanın "Barsa"dakı ikinci mövsümündə keçirdiyi matçların sayından asılı olacaq.
Qeyd edək ki, mərkəz yarımmüdafiəçisi ötən mövsüm "Mançester Siti"nin heyətində 51 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə edib.
Fəqan İbrahimli