İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçuyla gücləndirmək istəyir.

 Offsideplus.az SPORT-a istinadla xəbər verir ki, Kataloniya təmsilçisi, İngiltərə "Fulhem"inin yarımmüdafiəçisi Joao Palinya ilə maraqlanır.

La Liqa klubu 27 yaşlı portuqaliyalı futbolçunu bu yay sıralarına qatmaq niyyətindədir.

Bildirək ki, Palinyanın "Fulhem"lə 2027-ci ilədək müqaviləsi var.