"Real Madrid"in yarımmüdafiəçisi Toni Kroos Eden Hazardın ünvanına səsləndirdiyi ifadələrlə gündəm olub. 

Offsideplus.az xəbər verir ki, alman oyunçu Cud Bellinqemin transferinə münasibət bildirərkən, Hazardı yada salıb:

"Böyük məbləğə gəlib, bütün karyerası boyunca dincələn bir futbolçumuz vardı. Çoxlu pul idi, məncə, hər kəs onun yaxşı transfer olmadığını deyərdi. Lakin gəlin, pozitiv olaq".

Qeyd edək ki, Eden bu yay "Real"dan ayrılıb.

 

Günay Xəlil