Səudiyyə Ərəbistanının "Əl-Sədd" klubu Madrid "Real"ının futbolçusu Luka Modriçi transfer etmək istəyir.

Offsideplus.az AS nəşrinə istinadla xəbər verir ki, ərəblər futbolçunun karyerasını "Əl-Sədd"ə bitirməyini istəyir. Ona görə də, təklif olunan müqavilə karyerasının sonuna kimi nəzərdə tutulub.

Eyni zamanda, Modriç futbolçu karyerasını bitirən kimi "Əl-Sədd"ə məşqçi kimi işləyə biləcək.