"Atletiko" (Madrid) futbolçusu Coffre Kondoqbiyanın 5 milyon avro qarşılığında satmağa hazırdır.
Offsideplus.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Mənbəyə görə, Madrid təmsilçisi fransalı yarımmüdafiəçini heyətinə qatmağa çalışan "Beşiktaş"ın 2.5 milyon avroluq təklifi qarşısında 5 milyon avro tələb edir.
Xəbərdə o da qeyd olunur ki, Kondoqbiya özü Türkiyədə oynamaq istəmir. O, Premyer Liqaya getmək fikrindədir.
30 yaşlı futbolçunun "Atletiko" (Madrid) ilə olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
Fəqan İbrahimli