"Mançester Siti"nin ulduzu İlkay Gündoğanın yeni klubu bəlli olub. 

 Offsideplus.az xəbər verir ki, türk əsilli alman yarımmüdafiəçi "Barselona"ya transfer olunacaq. Tərəflər arasında razılıq əldə olunub, 3 illik müqavilə imzalanacaq.Bu barədə İspaniya mətbuatı məlumat yayıb. 

Son qərar sabah baş tutacaq Çempionlar Liqası finalından sonra veriləcək. Lakin Kataloniya təmsilçisi 32 yaşlı oyunçunun "Barselona"ya keçəcəyinə inanır.