Madrid "Real"ın komandadan ayrılan əsas hücumçusu Kərim Benzemaya əvəzləyici tapıb.

 Offsideplus.az “İndependent”ə istinadla xəbər verir ki, "kral klubu" fransalı forvardın yerini İngiltərə "Tottenhem"inin hücumçusu Harri Keynlə dolduracaq.

La Liqa təmsilçisi 29 yaşlı futbolçu üçün qarşı tərəflə danışıq aparır. Keynin yayda "Real"a transfer olunacağı gözlənilir.

Təcrübəli ingilis "Real"da oynamağa razıdır.

Məlumata görə, “Real”ın transferlər üçün 200 milyon avro büdcəsi var.

Bildirək ki, Keynin "Tottenhem"lə 2024-cü ilədək müqaviləsi var.