"Real"ın (Madrid) futbolçusu Kərim Benzemanın komandadakı gələcəyi məlum olub. 

 Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, fransalı hücumçu ən azı bir mövsüm də "Kral klubu"nda forma geyinəcək. O, İspaniya nəhəngi ilə müqaviləsini tamamlamaq niyyətindədir.

Qeyd edək ki, Benzemanın Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan 2 illik müqavilə qarşılığında ümümilikdə 200 milyon avroluq qazanacağı təklif aldığı bildirilir. Onun bu səbəbdən "Real"dan (Madrid)  ayrılacağı söylənilirdi.

Fəqan İbrahimli