Madrid "Real"ı komandadan ayrılacağı gözlənilən Kərim Benzemaya əvəzləyici tapıb.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, "kral klubu" 35 yaşlı fransalı hücumçunu "Çelsi"nin forvardı Kay Havertslə əvəzləmək istəyir.

La Liqa təmsilçisi artıq 23 yaşlı almaniyalı futbolçu üçün qarşı tərəfə rəsmi təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, Havertsin "Çelsi" ilə 2025-ci ilədək müqaviləsi var.