"Real Madrid"in ulduz hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı hökuməti tərəfindən ərəb liqasına dəvət olunub.

Offsideplus.az xəbər verir ki, təklifə görə, fransız forvard Səudiyyə Ərəbistanı çempionatında istədiyi klubu və qalmaq istədiyi şəhəri seçə bilər. Bu barədə "El Mundo" nəşri məlumat yayıb. 

Ərəblər fransalı ulduza 2 illik təklif göndəriblər. İllik maaş 100 milyon avro civarındadır. Benzemanın 2023-cü ildə keçiriləcək dünya çempionatının elçisi olması da gözlənilir.

Qeyd edək ki, Kərim Benzemanın "Real Madrid"lə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.

 

Günay Xəlil