"Real"ın futbolçusu Mariano Diaz komandadan ayrılacaq. 

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 29 yaşlı forvard azad agent olaraq növbəti həftələrdə "Kral klubu"nu tərk edəcək. O, yeni klub axtarışına başlayıb.

Qeyd edək ki, Mariano "Real Madrid"lə bütün titulları qazanıb. 2018-ci ildən Madrid klubunda çıxış edən Mariano Diaz 84 oyuna çıxıb, 12 qol və 3 assistə imza atıb.

 

Günay Xəlil