İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "SPORT"a istinadla xəbər verir ki, Kataloniya təmsilçisi "Mançester Siti"nin mərkəz yarımmüdafiəçisi İlkay Gündoğanla anlaşıb.

Məlumata görə, La Liqa klubu 32 yaşlı türk əsilli futbolçuyla ilkin razılıq əldə edib. İlkayın yay transfer dövründə "Barselona"nın sıralarına qoşulacağı gözlənilir.

Lakin razılaşmanın şərtləri barədə informasiya verilməyib.

Bildirək ki, Gündoğanın MS ilə müqaviləsinin müddəti bu ilin 30 iyununda başa çatır.