"Barselona" klubu fransalı futbolçusu Usman Dembeleyə yeni müqavilə təklif edib.

Offsideplus.az xəbər verir ki, vingerin özünün klubla yeni müqavilə imzalamağa hazır olduğu vurğulanıb. Tərəflər arasında danışıqlar aparılır.

Xatırladaq ki, 25 yaşlı futbolçunun "Barselona" ilə hazırkı müqaviləsi 2024-cü ildə başa çatır.