"Real"ın futbolçusu Eden Hazard karyerasını bitirə bilər.

Offsideplus.az "Relevo"ya istinadən xəbər verir ki, belçikalı ulduz 2024-cü ilin yayında Madrid təmsilçisi ilə müqaviləsi başa çatdıqdan sonra son bir neçə ay ərzində karyerasını bitirməyi düşünür.

Eyni zamanda qeyd olunur ki, 32 yaşlı futbolçu gələcəyi ilə bağlı yekun qərar verməyib, o, yenidən oyundan həzz almağa imkan verəcək təklifləri nəzərdən keçirməyə hazırdır.

Belçikalı ilə ABŞ və Yaxın Şərqin bir neçə klubu əlaqə saxlayıb, lakin bu günə kimi konkret transfer təklifi yoxdur.

Eyni zamanda Hazard hiss edir ki, artıq futbolda özünün ən yaxşı performansını göstərib və karyerasını həmişə oynamaq istədiyi klub olan "Real"da bitirmək perspektivi onu motivasiya edir.

Qeyd edək ki, Hazard daha əvvəl növbəti mövsüm üçün "Kral klubu"nda qalmaq istədiyini bildirmişdi.