"Real"ın baş məşqçisi Karlo Ançelotti Madrid təmsilçisindəki gələcəyi ilə bağlı danışıb.
Offsideplus.az xəbər verir ki, "kral klubu"nun çalışdırıcısı İspaniya kubokunun final matçından sonra sözügedən məsələ ilə bağlı danışarkən komanda ilə gələn ilin yayına kimi müqaviləsinin olduğunu xatırladıb:
"Gələcək karyerammı? Dəfələrcə söyləmişəm... Klubla 2024-cü ilə qədər müqaviləm var.
Braziliya millisinin baş məşqşisi olmağımla bağlı çıxan xəbərləri təsdiqləmək kimi bir niyyətim yoxdur" - deyə, italiyalı mütəxəssis bildirib.
Qeyd edək ki, Madrid "Real"ı Ançelottinin rəhbərliyi altında ötən gecə "Osasuna"ya (2:1) qalib gəlməklə Kral Kubokunu qazanıb.