"Real Madrid" xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçlə yeni müqavilə bağlayacaq. 

Offsideplus.az xəbər verir ki, tərəflər arasında sözləşmənin müddəti 2024-cü ilin yayınadək uzadılacaq. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 

Qeyd edək ki, daha öncə Toni Kroosla müqavilənin müddəti daha 1 il artırılıb.