"İnter"dən aldığı yüksək məbləğli maaş təklifindən sonra karyerasını İtaliyada davam etdirəcəyi deyilən Luka Modriç qərarını verib.
 
Offsideplus.az xəbər verir ki, xorvat ulduz "Real"da qalmaq qərarına gəlib. İspaniya mediasının məlumatına görə, klub rəhbərliyi ilə görüşən Modriçə müqaviləsinin yenilənməsi və maaşının artırılması vədi verilib. Xorvat futbolçu bundan sonra karyerasını İspaniyada davam etdirmək qərarını verib.
 
Bildirilir ki, Modri "Real"dakı maaşından narazı qalıb. Belə ki, hazırda Madrid klubunda Qaret Beyl və kapitan Serxio Ramos 11, Toni Kroos və Kərim Benzema illik 8.5 milyon avro maaş alır. "DÇ-2018"in ən yaxşı futbolçusu seçilən Modriçin maaşı isə 6.5 milyon avrodu. 
 
Qeyd edək ki, "Real" Modriçi 2012-ci ildə "Tottenhem"dən 30 milyon avroya alıb. Onun klubla 2020-ci ilin yayınadək müqaviləsi var.