"Real Madrid" klubu sabiq baş məşqçisi Zinədin Zidanla əlaqəyə keçib. 

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Kral klubu" baş məşqçi Karlo Ançelottinin komandadan ayrılması halında vəzifəyə fransalı mütəxəssisi gətirmək istəyir.

Zidanın da Madrid klubuna qayıtmaq istədiyi bildirilir.

Qeyd edək ki, Ançelottinin "Real Madrid"lə müqaviləsinin müddəti 2024-cü ilin yayında bitir.