"Real Madrid" "Borussiya"nın futbolçusu Cud Bellinqemin mümkün transferinə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "Kral klubu" ingiltərəli yarımmüdafiəçini razı salmaq üçün nümayəndə heyətini növbəti günlərdə Almaniyaya göndərəcək. Bu barədə "Marca" məlumat yayıb.

Qeyd edək ki, Bellinqemin də karyerasını "Real Madrid"də davam etdirmək istədiyi bildirilir.