La Liqanın 31-ci turunda bu gün "Jirona" ilə qarşılaşacaq Madrid "Real"ı görüşə itkilərlə çıxacaq.

Offsideplus.az xəbər verir ki, "Kral klubu"nun qapıçısı Tibo Kurtua zədə səbəbindən meydana çıxmayacaq.

Onunla yanaşı, Florian Mendi, David Alaba, Daniel Sebalyos, Kerim Benzema və Eden Hazard da səfər oyununun iştirak ərizəsinə salınmayıb..

Qeyd edək ki, "Jirona" - "Real" matçı Bakı vaxtı ilə 21:30-da başlanacaq.