"Atletiko Madrid" "Malyorka"ya qarşı aprelin 26-da baş tutacaq matça xüsusi dizaynlı forma ilə çıxacaq.
Offsideplus.az xəbər verir ki, komanda 120 yaşını qeyd etməsi münasibətilə mavi-ağ rəngli forma geyinəcək. Dizayn klubun yaradıldığı zaman geyindiyi ilk forma əsasında hazırlanıb.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.