"Barselona" klubu Lamin Yamalı "Atletiko" ilə oyun üçün sifariş edib. 

Offsideplus.az xəbər verir ki, "Barselona"nın U-19 komandasında çıxış edən vingerin 15 yaşı var. O, klub tarixində 15 yaş 283 günlüyündə əsas komandaya dəvət olunan ən gənc futbolçu olub.

Kataloniya təmsilçisi futbolçunun agenti Jorje Mendeslə əlaqə saxlayıb, rəsmi müqavilə təklif edib.  Yamal "La Masiya"nın ən dəyərli futbolçularından biri sayılır. 

Qeyd edək ki, "Barselona" - "Atletiko Madrid" matçı sabah Bakı vaxtı ilə saat 18:00-da baş tutacaq.

FuUFGYRXgAAV6aI