"Atletiko Madrid"in prezidenti Kerezo baş məşqçi Joau Feliks ilə bağlı açıqlama verib.  

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi "Çelsi"də çıxış edən portuqaliyalı hücumçunun gələcəyi barədə bu sözləri deyib:

"Joaunun gələcəyi necə olacaq? Qayıtsa, komandada yeri olacaq. Bu, bəllidir. Gələcəkdə nə olacağını bilmirik. Futbolda heç nə sığortalanmayıb".

Qeyd edək ki, Feliks icarə əsasında "Çelsi"nin formasını geyinir.