Kərim Benzema Madrid “Real”ı ilə yeni müqavilə bağlayıb.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi fransalı hücumçu ilə sözləşmənin 2024-cü ilə qədər uzadılması variantını həyata keçirib.

36 yaşlı forvard gələn mövsümün sonunda komandadan ayrılacaq.

Benzema, bu mövsüm La Liqada keçirdiyi 19 oyunda 14 qol vurub, 3 məhsuldar ötürmə verib.