"Real" "Mançester Siti"nin futbolçusu Erlinq Haalandı transfer etməkdə maraqlıdır.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi norveçli hücumçunun keçidini 2024-cü ildə tamamlamaq istəyir. Bu barədə "Telefoot" məlumat yayıb.
Mənbəyə görə, "Kral klubu" norveçli ulduzu Kərim Benzemanın varisi hesab edir.
Qeyd edək ki, Haaland cari mövsüm İngiltərə Premyer Liqasında 28 oyunda 32 qol vurub və 5 asisst edib.