UEFA Çempionlar Liqasının 1/4 finalında "Real Madrid" 2:0 hesabı ilə "Çelsi"yə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Vinisius Junior ÇL rekordu qırıb.
O, rəqibin cərimə meydançası daxilində topla oynama sayında hamını üstələyib. Braziliyalı hücumçu “Çelsi”nin qapısı qarşısında 19 dəfə topa toxunmağı bacarıb.
“Çelsi”nin oyunçuları isə rəqibin qapıçı meydançasında ümumilikdə 10 dəfə topla oynayıblar.