"Real"ın baş məşqçisi Karlo Ançelotti "Barselona" klubunu heç vaxt çalışdırmayacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis sabah "Vilyarreal"la baş tutacaq oyundan öncə mətbuat konfransında bu sözləri deyib. 

"Heç vaxt "Barselona"nın baş məşqçisi olmaram. Bu, mümkün deyil. "Real Madrid"lə tarixim var və bu, dünyanın ən yaxşı klubudur. Burada məni sevirlər".

Qeyd edək ki, Ançelottinin "Kral klubu" ilə 2024-cü ilədək müqaviləsi var.